"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal "Olimpiakos"a səfərdə 2:3 hesabı ilə məğlub olduqları matç haqda danışıb.
Apasport.az mütəxəssisin verdiyini açıqlamanı təqdim edir:
“Bu gün bura üstün hesab qazanmaq üçün gəlmişdik. Əslində biz İstanbula qələbə qazanaraq qayıtmağı hədəfləyirdik. Oyuna çox yaxşı başladıq. İlk 6-7 dəqiqədə iki aydın mövqe tutduq. Hissənin sonlarına yaxın oyuna yenidən nəzarət etsək də, çox sadə qollar buraxdıq. Soyunub-geyinmə otağında danışdıq ki, matçı döndərə bilərik və vuracağımız qollarla İstanbula sərfəli nəticə ilə qayıda bilərik.
Yenə öz səhvimizdən 3-cü qolu buraxdıq, lakin buna baxmayaraq, oyundan imtina etmədik. Risk edərək etdiyim dəyişikliklərlə hesabı 3-2-yə çatdırdıq. İkinci hissədə əldə etdiyimiz epizodlarla hesabı 3-3, hətta 4-3-ə çatdıra bilərdik. Düşünürəm ki, bu turu İstanbulda azarkeşlərimizin önündə keçə bilərik".