"Bunu problem kimi yox, şans kimi görərdim" - Poçettino
23.04.2024 - 20:12
"Bunu problem kimi yox, şans kimi görərdim" - Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino, Premyer Liqanın 29-cu turunun təxirə salınmış matçında "Arsenal"la matç haqda danışıb.

Apasport.az xəbər verir ki, mütəxəssis komandanın hücumçusu Koul Palmerin yoxluğunu da qeyd edib:

“Əgər Palmer sabah oynamasa, bu, komanda yoldaşları və ya onun mövqesində çıxış edən futbolçular üçün əla fürsət olacaq. Mən onların yerində olsaydım, bunu problem kimi yox, şans kimi görərdim. Onlar "Palmer FC" deyil, "Çelsi"də olduğunu sübut etmək üçün motivasiya olmalıdırlar”.

İngiltərə çempionatının cari mövsümündə Palmer 28 matçda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0