Çağlar Söyüncü "Atletiko"da
20.05.2023 - 11:56
Çağlar Söyüncü "Atletiko"da

Madrid “Atletiko”su “Lester”dən Çağlar Söyüncünün keçidini rəsmiləşdirməyi planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisi 26 yaşlı müdafiəçi ilə imzalanacaq müqavilənin bütün detallarını razılaşdırıb.

İngilis komandası ilə razılaşmasının vaxtı bitdiyi üçün ispanlara havayı başa gələcək Söyüncü 2027-ci ilin yayına kimi “Atletiko”ya məxsus olacaq.

Türkiyə milli komandasının aparıcı futbolçularından olan Çağlar bu mövsüm “Lester”in heyətində cəmi 9 matçda iştirak edərək, 1 dəfə fərqlənib.

Qeyd edək ki, “Transfermarkt” portal onun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

writer photo
Əlirza Əlirzalı
0