“Çelsi” 45 milyondan imtina etdi
15.06.2023 - 00:34
“Çelsi” “Mançester Yunayted”in 45 milyon avroluq təklifini rədd edib.
Apasport.az-n məlumatına görə, söhbət Meyson Mauntun tarnsferindən gedir.
24 yaşlı futbolçu London klubunun yeni müqavilə təklifini qəbul etməyib. Komanda ilə 1 il müqaviləsi olan yarımmüdafiəçi üçün “zadəganlar” minimum 60 milyon avro tələb edirlər. Amma Mançester təmsilçisi bu qədər məbləği ödəmək niyyətində deyil. Meysonun “Çelsi”ni tərk etmək arzusu "qırmızı şeytanlar"ı ümidləndirib.
Qeyd edək ki, 2022/23 mövsümündə Maunt 35 oyunda 3 dəfə fərqlənib.
0
0