“Çelsi” də ona elçi düşdü
19.07.2023 - 17:16
“Ayaks”ın futbolçusu Mohammed Kudus karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi “Çelsi”nin transfer siyahısına düşüb.
London klubu qanalı futbolçunun keçidi üçün danışıqlara başlayıb. Kudus “Liverpul”, “Mançester Yunayted”, “Arsenal” və “Real”ın da maraq dairəsindədir.
Qeyd edək ki, yarımmüdafiəçi 2020-ci ildən “Ayaks”ın formasını geyinir.
0
0