“Çelsi” “Mançester Yunayted”ə rəqib oldu
02.07.2022 - 16:44
“Çelsi” “Mançester Yunayted”ə rəqib oldu

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “Çelsi”nin maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “zadəganlar” Niderland millisinin üzvü uğrunda mübarizədə “Mançester Yunayted”ə rəqib olub.

London təmsilçisi 25 yaşlı orta sahə oyunçusunun “qırmızı şeytanlar”la danışıq prosesini izləyir. “Mançester Yunayted” onu 65+20 milyon avro müqabilində transfer etməyi planlaşdırır. Hazırda Mançester təmsilçisi futbolçu ilə şəxsi müqavilənin şərtlərini müzakirə edir. Bu transfer uğursuz nəticələnsə, “Çelsi” rəsmi danışıqlara başlayacaq.

“Mançester Yunayted”dən fərqli, londonlular növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək ki, bu da de Yonqun qərarına təsir edə bilər.

Qeyd edək ki, Frenki de Yonq ötən mövsüm “Barselona”nın heyətində 46 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0