”Çelsi” transferlərə 464 milyon avro xərcləyib
25.09.2023 - 21:34
”Çelsi” transferlərə 464 milyon avro xərcləyib

UEFA-nın yay transfer pəncərəsi ilə bağlı raportu yayımlanıb.

Apasport.az saytı xəbər verir ki, hesabatda komandaların transferlərə 7,2 milyar avro pul xərclədiyi bildirilir.

Bu miqdar 2019-cu ilin yay transferində qeydə alınan rekorddan 3 faiz daha çox deməkdir. Ən çox pul xərcləyənlər sırasında ilk sırada İngiltərə Premyer Liqasının təmsilçiləri yer alıb ki, bu da ümumi miqdarın 30 faizini təşkil edir. Yayda həyata keçirdiyi transferlərlə diqqətləri üzərinə çəkən Səudiyyə Ərəbistanı klublarının transfer xərcləri isə bir öncəki illə müqayisədə 15 faiz artıb. 

Qeyd edək ki, ”Çelsi” 464 milyon avroluq xərcləmə ilə klublar arasında birinci olub. Ərəblərin “Əl Hilal”i isə 353 milyonla ikinciliyə yiyələnib.

writer photo
Əlirza Əlirzalı
0