“Çelsi”dən Fransa klubuna
05.09.2022 - 12:16
“Çelsi”dən ayrılan Ross Barklinin yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını Fransada davam etdirəcək.
O, azad agent statusu ilə “Nitsa”ya keçib. Bir müddət əvvəl London klubu onunla müqaviləyə xitam verib.
Qeyd edək ki, Barkli İngiltərə Premyer Liqasında “Çelsi”, “Everton” və “Aston Villa”da ümumilikdə 232 oyun keçirib. O, İngiltərə millisində 33 matça çıxıb.
0
0