"Çelsi"nin futbolçusu "Fənərbaxça" yolunda
04.09.2024 - 15:08
“Çelsi”dən ayrılacağı gözlənilən Ben Çiluell karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” 27 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “TeamTalk” portalı məlumat yayıb.
İstanbul klubu Ben üçün danışıqlara başlayıb.
“Çelsi” müdafiəçini mövsümün sonuna kimi icarəyə göndərməyə müsbət yanaşır. Baş məşqçi Enso Mareskanın qərarı ilə heyətdən kənarlaşdırılan futbolçu qısa zamanda yeni klub tapmaq niyyətindədir.
Çiluell 2020-ci ildən “Çelsi”də forma geyinir. O, “zadəganlar”la 106 oyunda 9 qol vurub, 12 məhsuldar ötürmə edib.
0
0