"Çelsi"nin zədəliləri geri qayıdır
31.01.2024 - 17:48
"Çelsi"nin zədəliləri geri qayıdır

"Çelsi"nin iki futbolçusu zədəsini sağaldıb.

Apasport.az xəbər verir ki, bu haqda "zadəganlar"ın baş məşqçisi Maurisio Poçettino məlumat verib.

51 yaşlı çalışdırıcı Malo Qusteau və Kristofer Nkunkunun məşqləri bərpa etdiyini bildirib. Argentinalı mütəxəssis hər iki futbolçunun  Premyer Liqada "Liverpul"a qarşı oynamağa hazır olduğunuda qeyd edib.

Qeyd edək ki, Premyer Liqanın “Liverpul” – “Çelsi” matçı bu gecə Bakı vaxtı ilə saat 00:15-də start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0