"Çelsi"yə argentinalı gənc
17.12.2023 - 18:41
"Çelsi"yə argentinalı gənc

“Çelsi” argentinalı futbolçu uğrunda mübarizəyə qoşulub.

Apasport.az xəbər verir ki, London klubu "River Pleyt"in yarımmüdafiəçisi Klaudio Eçeverri ilə maraqlanır.

“Mançester Siti” və “Barselona”nın da diqqət mərkəzində olan 17 yaşlı oyunçunun Argentina nəhəngi ilə müqaviləsi 2024-cü ilin sonuna kimi nəzərdə tutulub. Gənc futbolçunun klubu ilə yeni müqavilə imzalalmamasından istifadə etmək istəyən sözügedən komandalar onun agenti ilə təmas qurublar. İddialara görə “zadəganlar” hazırda bir addım öndədirlər. Komanda rəhbərliyi futbolçunu Londona gətirmək üçün “River Pleyt”ə təkliflə müraciət etməyə hazırlaşırlar.

Qeyd edək ki, “River Pleyt” akademiyasından yetişən Eçeverri bu ildən əsas heyətdə çıxış edir. O, indiyə kimi çıxdığı 5 matçda 1 məhsuldar ötürmə ilə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0