Çempionlar Liqası: "İnter" "Atletiko"nu, PSV "Borussiya"nı qəbul edib
21.02.2024 - 04:12
Çempionlar Liqası: "İnter" "Atletiko"nu, PSV "Borussiya"nı qəbul edib

Bu həftə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti matçlar keçiriləcək.

Apasport.az xəbər verir ki, bu gecə mərhələnin daha iki oyunu baş tutub. 

"İnter" Milanda "Atletiko"nu məğlub edib: 1:0.

Niderlandda isə PSV "Borussiya" ilə qollu sülhə imza atıb: 1:1

Bu komandaların cavab görüşü martın 13-də keçiriləcək.

UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar

00:00 "İnter" (İtaliya) - "Atletiko" (İspaniya) 1:0
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Milan, "Cüzeppe Meatsa" stadion

00:00 PSV (Niderland) - Borussiya (Dortmund, Almaniya) 1:1

Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Eyndhoven, "Filips" stadionu

writer photo
Əlirza Əlirzalı
0