ÇL-in III mərhələsinin bütün cütləri
03.08.2023 - 00:59
ÇL-in III mərhələsinin bütün cütləri

Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri məlum olub.

Apasport.az saytı xəbər verir ki, “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Rakov” (Polşa) Yunanıstan çempionu ilə qarşılaşacaq.

Püşk ölkəmizdə kifəyət qədər azarkeşi olan “Qalatasaray”ın üzünə gülüb. Türkiyə çempionu Sloveniyanın “Olimpiya” klubu ilə münasibətlərə aydınlıq gətirəcək. Bu cütdə qardaş ölkə təmsilçiləri aşkar favorit hesab olunurlar. 

Yığmamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo” güclü rəqiblə qarşılaşacaq. Zaqreb klubu pley-offa yüksəlmək üçün AEK səddini aşmalıdır.

Qeyd edək ki, mərhələnin ilk oyunları avqustun 8-9-da, cavab matçları bir həftə sonra olacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

“Rakov” (Polşa) – “Aris” (Kipr)
“Slovan” (Slovakiya) - “Makkabi” Hayfa (İsrail)
AEK (Yunanıstan) – “Dinamo” (Xorvatiya)
“Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə)
“Kopenhagen” (Danimarka) – “Sparta” (Çexiya)
“Klaskvik” (Farer adaları) – “Molde” (Norveç) 

Liqa yolu
PSV (Hollandiya) – “Şturm” (Avstriya)
“Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya)
“Marsel” (Fransa) – “Panatinaikos” (Yunanıstan)
“Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə)
 

writer photo
Əlirza Əlirzalı
0