DÇ-2022: Argentina yığmasında ən çox qaçanlar
29.11.2022 - 17:24
DÇ-2022: Argentina yığmasında ən çox qaçanlar

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ilk iki turunda Argentina yığmasının heyətində ən çox məsafə qət edən futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya Rodriqo de Paul başçılıq edir.

“Artletiko”nun yarımmüdafiəçisi Səudiyyə Ərəbistanı (1:2) və Meksika (2:0) ilə görüşlərdə ümumilikdə 21 km məsafə qaçıb. İkinci yerdə 18 km-lə “Benfika”nın müdafiəçisi Nikolas Otamendi qərarlaşıb. Komandanın kapitanı Lionel Messi isə iki görüşdə ümumilikdə cəmi 16,2 km qaçıb.

Qeyd edək ki, C qrupunda yer alan Argentina yığması son oyununu sabah Polşaya qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0