DÇ-2022: Sane İspaniya ilə oyunu da buraxa bilər
24.11.2022 - 15:51
DÇ-2022: Sane İspaniya ilə oyunu da buraxa bilər

Almaniya yığmasının hücumçusu Leroy Sanenin durumu qeyri-müəyyənliyini qoruyur.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu dünya çempionatının qrup mərhələsinin II turunda İspaniya oyunu da buraxa bilər.

Dizindəki zədə ucbatından Yaponiyaya məğlub olduqları (1:2) ilk görüşü buraxan 26 yaşlı ön xətt oyunçusu hələ də Bundestimin komanda məşqində iştirak etmir, fərdi qaydada hazırlaşır. Onun İspaniya ilə matça hazır olmaq şansının az olduğu bildirilir.

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək İspaniya – Almaniya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0