De Xea uzun müddət sonra ilk matçına çıxa bilər
22.08.2024 - 18:14
De Xea uzun müddət sonra ilk matçına çıxa bilər

İspaniyalı qapıçı David De Xea uzun müddətdən sonra bu gün oyuna çıxa bilər.

Apasport.az xəbər verir ki, "Fiorentina"nın yeni transferi bu axşam UEFA Avropa Liqasının "pley-off" mərhələsində "Puşkaş Akademia"ya qarşı keçiriləcək matçda forma geyinə bilər.

Ötən mövsüm yaşıl meydanlara çıxmayan De Xea İtaliya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, qapıçının sonuncu dəfə oynadığı matç FA kubokunun finalında  Mançester derbisi olub. Həmin qarşılaşmada "Mançester Siti" 2:1 hesablı qələbə qazanaraq kuboku muzeyinə aparıb.

writer photo
Əlirza Əlirzalı
0