De Xeaya daha bir müştəri
10.11.2022 - 20:17
De Xeaya daha bir müştəri

“Mançester Yunayted”in qapıçısı David de Xeanı heyətində görmək istəyən daha bir klub bəlli olub.

Apasport.az saytının məlumatına görə, ispaniyalı qolkiper “Barselona”nın maraq dairəsinə düşüb.

Onun keçidini baş məşqçi Xavi istəyir. Mövsümün sonunda İngiltərə klubu ilə müqaviləsi başa çatacaq de Xea azad agent kimi La Liqa klubuna keçə bilər. Onun keçidində digər İspaniya klubu “Betis” də maraqlıdır.

Qeyd edək ki, David 2011-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.
 

writer photo
Əlirza Əlirzalı
0