“Bavariya” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun xidmətində maraqlı deyil.
Apasport.az saytının məlumatına görə, bu xəbəri Münhen klubu yayıb.
Bildirilib ki, Bundesliqa təmsilçisi Niderland millisinin üzvünün nə agentləri, nə də klubu ilə danışıqlar aparıb. “Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann 25 yaşlı orta sahə oyunçusunun keyfiyyətlərinə heyrandır, ancaq sahib olduğu yarımmüdafiəçilərdən razıdır. Bu üzdən “Bavariya” de Yonqu transfer etməyəcək.
Qeyd edək ki, uzun müddət “Mançester Yunayted”in maraq dairəsində olan Frenki de Yonq ötən mövsüm “Barselona”nın heyətində 47 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə verib.