“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “Mançester Yunayted”in onunla maraqlanmasına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
25 yaşlı orta sahə oyunçusu Kataloniya klubunu tərk etməyi düşünmədiyini söyləyib: “Böyük komandaların sizə maraq göstərməsi qürurvericidir. Amma mən hazırda dünyanın ən böyük klubundayam. “Barselona”da özümü yaxşı hiss edirəm, ona görə də getməyi düşünmürəm. Başqa xəbər də yoxdur”.
Qeyd edək ki, “Barselona” ilə müqaviləsi 2026-cı ilə qədər olan Frenki de Yonq üçün “Mançester Yunayted” 75 milyon avro təklif edib.