Dembele azad agent statusu aldı
02.07.2022 - 00:00
Dembele azad agent statusu aldı

Fransa millisinin futbolçusu Usman Dembele azad agent statusuna yiyələnib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumameylli oyunçunun “Barselona” ilə müqaviləsi rəsmən başa çatıb.

Kataloniya klubu onunla yeni müqavilə ilə bağlı danışıqları davam etdirir. Ancaq ispanlar təklifi yaxşılaşdırmaq fikrində deyil. Tərəflər yeni müqavilədə razılığa gəlsələr, “Barsa” Dembeleni La Liqada yeni transfer kimi qeydiyyatdan keçirməli olacaq. Bu da liqa qaydalarına görə onun sifarişini çətinləşdirə bilər.

Qeyd edək ki, Usman Dembele ötən mövsüm “Barselona”nın heyətində 32 oyunda 2 qol vurub, 13 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0