“Deportivo”nun futbolçusunu timsah yedi
02.08.2023 - 16:41
“Deportivo”nun futbolçusunu timsah yedi

Kosta-Rikanın həvəskarlardan ibarət “Deportivo Rio Kanya” klubunun futbolçusu Alberto Lopes Ortis faciənin qurbanı olub.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı kosta-rikalı timsahların hücumçunda həyatını itirib.

Kanyas çayında olan timsahlardan biri onu yeyib. Futbolçunun meyitini yırtıcının ağzından çıxarmaq üçün polis timsahı güllələyib.

Qeyd edək ki, təcrübəli futbolçu həm də komandanın məşqçilər korpusunda yer alırdı.
 

writer photo
Əlirza Əlirzalı
0