Diniyev oynadı, komandası xal itirdi
23.09.2024 - 11:11
Diniyev oynadı, komandası xal itirdi

Türkiyə birinci liqasında 6-cı turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyev formasını geyindiyi "Bandırmaspor" "İstanbulspor"la qarşılaşıb. 

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətdə başlayan Diniyev 84-cü dəqiqədə əvəzlənib. O, sarı vərəqə ilə cəzalandırılıb.

"Bandırmaspor" 6 turdan sonra 8 xalla 12-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0