Dris Mertensə sürpriz təklif
31.10.2022 - 23:19
Dris Mertensə sürpriz təklif

“Qalatasaray”ın yay fasiləsində son anda heyətinə qatdığı Dris Mertensin Türkiyə karyerası qısa çəkə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Yaponiyadan sürpriz təklif alıb.

35 yaşl forvard “Vissel Kobe”nin maraq dairəsindədir. Yaponlar belçilalı forvarda ildə 3 milyon avro maaş olmaqla iki illik müqavilə təklif ediblər. “Cim-bom”da əvvəlki performansından uzaq görünən oyunçu Yaponiyaya köçmək variantını nəzərdən keçirməyi düşünür.

Qeyd edək ki, Dris Mertens “Qalatasaray”da 1+1 illik müqavilə imzalayıb. O, “sarı-qırmızılılar”ın heyətində keçirdiyi 10 oyunda 1 dəfə fərqlənib.
 

writer photo
Əlirza Əlirzalı
0