Dünya çempionlarını məğlub edən yeganə komandanın baş məşqçisi istefa verdi
30.03.2023 - 01:35
Dünya çempionlarını məğlub edən yeganə komandanın baş məşqçisi istefa verdi

Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Erve Renar postundan ayrılıb.

Apasport.az xəbər verir ki, Fransadan olan 54 yaşlı mütəxəssis ölkəsinə qayıtmağa qərar verib.

Belə ki, o bundan sonra Fransanın qadınlardan ibarət milli komandasına rəhbərlik edəcək. Renar Fransa Futbol Federasiyasından aldığı təklifi qəbul edib. Təyinatın tezliklə rəsmən açıqlanması gözlənilir.

Xatırladaq ki, Erve Renar 2019-cu ildən Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edirdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında 41 oyuna 18 qələbə qazanıb, 11 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb. O, son dünya çempionu Argentinaya mundialda yeganə məğlubiyyəti yaşadan baş məşqçi kimi tarixə düşüb.

writer photo
Əlirza Əlirzalı
0