Dünya çempionu klub tapdı
10.09.2022 - 12:36
Dünya çempionu klub tapdı

Fransa millisinin sabiq futbolçusu Cibril Sidibe özünə yeni klub tapıb.

Apasport.az saytının məlumatına görə, dünya çempionu karyerasını Yunanıstanda davam etdirəcək.

Müdafiəçi AEK klubuna keçib. “Monako”nun sabiq futbolçusu yeni klubuna azad agent kimi qoşulub. Müdafiəçi ilə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Sidibe Rusiyada keçirilən DÇ-2018-də çempion adını qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0