Dünya çempionu millidən getdi
14.01.2023 - 17:38
Dünya çempionu millidən getdi

Fransa millisinin futbolçusu Stiv Mandanda yığma karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı “Renn”in 37 yaşlı əlcək sahibinin özü verib.

O, DÇ-2022-dən sonra milli ilə vidalaşmağı məqsədəuyğun sayıb. Mandanda 2008-ci ildən çıxış etdiyi yığmada 15 il keçirib. 35 oyunda 32 qol buraxan qolkiper DÇ-2018-in çempionu, DÇ-2022-nin vitse-çempionu olub.

Qeyd edək ki, bir müddət əvvəl Fransa yığmasının əsas qapıçısı Uqo Loris də milli karyerasını başa vurub.

writer photo
Əlirza Əlirzalı
0