Edin Viska Aleksin rekordunu qırdı
22.01.2024 - 10:16
Edin Viska Aleksin rekordunu qırdı

Türkiyə Super Liqasının 21-ci həftəsində "Trabzonspor" "Qalatasaray"a 5:1 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, "bordo-mavililər"in yeganə qolunu 79-cu dəqiqədə Enis Destan vurub.

Enis Destanın vurduğu qola assistentlik edən Edin Viska Super Liqa tarixinə düşüb.

Viska Super Liqada 109 məhsuldar ötürmə edib. O, bu asistlə "Fənərbaxça"nın əfsanəsi Aleks de Souzanın sahib olduğu 108 məhsuldar ötürmə rekordunu qırıb .

writer photo
Əlirza Əlirzalı
0