“Əl-Əhli"yə getdi
11.09.2023 - 13:04
Antonio Modest karyerasını Misirdə davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, Dortmund "Borussiya"sının sabiq hücumçusu “Əl-Əhli" ilə anlaşıb.
35 yaşlı fransız Qahirə təmsilçisinə azad agent kimi gəlib. Müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulsa da, forvardın performasına görə razılaşma daha bir il uzadıla bilər.
Qeyd edək ki, ötən mövsüm dortmundlularla 29 matça çıxan Modest 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0