Emiliano Martinez yenə mükafat qazandı
29.10.2024 - 00:46
"France Football"ın təsis etdiyi “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirilir.
Apasport.az xəbər verir ki, tədbirdə daha bir mükafat öz sahibi tapıb.
"Lev Yaşin" nominasiyasının qalibi bəlli olub. Ən yaxşı qapıçı mükafatı olaraq da bilinən titula Emiliano Martinez layiq görülüb.
Argentina millisinin və "Aston Villa"nın qolkiperi bu yay keçirilən Amerika çempionatının qalibi olub.
0
0