Baş məşqçilər öz sistemlərini getdikləri bütün komandalarda tətbiq etmək istəyir.
Apasport.az saytının məlumatına görə, bunun üçün də əvvəllər birlikdə çalışdığı və sisteminə uyğun gəldiyini düşündüyü futbolçuları yanına aparır.
Bu yazıda da birlikdə ən çox klubda çalışmış baş məşqçi və futbolçuları xatırlayacağıq. Araşdırma zamanı ən azı 3 klubda birgə olmuş məşqçi-futbolçular nəzərə alınıb.
Dik Advokat - Cermeyn Lens
4 klub: “Alkmaar”, PSV, “Sanderlend”, “Fənərbaxça”
Harri Rednapp - Peter Krauç
3 klub: “Sauthempton”, “Portsmut”, “Tottenhem”
Fabio Kapello - Kristian Panuççi
3 klub: “Milan”, “Real”, “Roma”
Joze Mourinyo - Nemanya Matic
3 klub: “Çelsi”, “Mançester Yunayted”, “Roma”
Harri Rednapp - Niko Krançar
3 klub: “Portsmut”, “Tottenhem”, “Kuinz Park Reyncers”
Fabio Kapello – Emerson
3 klub: “Roma”, “Yuventus”, “Real”
Mauritsio Sarri - Qonsalo İquain
3 klub: “Napoli”, “Çelsi”, “Yuventus”
Joze Mourinyo - Rikardo Karvalyo
3 klub: “Porto”, “Çelsi”, “Real”
Ronald Kuman - Qratsiano Pelle
3 klub: “Alkmaar”, “Feyenoord”, “Sauthempton”
Karlo Ançelotti - Hames Rodriges
3 klub: “Real”, “Bavariya”, “Everton”