Endrik Varanın rekordunu yenilədi
27.08.2024 - 09:59
Endrik Varanın rekordunu  yenilədi

La Liqa təmsilçilərindən “Real” İspaniya çempionatının II turunda “Valyadolid”i məğlub edib – 3:0.

Apasport.az xəbər verir ki, “kral klubu”nun oyunçusu Endrik bu görüşdə meydana çıxmaqla La Liqada debüt edib və 90+6-cı dəqiqədə komandasının sonuncu qolunu vurub.

Endrik “Real” tarixində debüt etdiyi rəsmi görüşdə qol vuran ən gənc əcnəbi futbolçu olub. O, buna 18 yaşı 35 günlüyündə nail olub.

Bundan əvvəlki rekord fransalı müdafiəçi Rafael Varanda idi. O, 2011-ci ildə 18 yaş 152 günlüyündə “Valyekano” ilə matçda fərqlənmişdi.

writer photo
Əlirza Əlirzalı
0