Ərəblər İkardiyə elçi düşdü
12.06.2023 - 20:49
Daha bir tanınmış futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytı xəbər verir ki, son mövsümü icarə əsasında “Qalatasaray”da keçirən Mauro İkardi ərəblərin diqqət mərkəzinə düşüb.
Fransanın PSJ klubuna məxsus olan 30 yaşlı hücumçu “Al Taavon”dan 3 illik müqavilə təklifi alıb. Ərəblər argentinalı futbolçuya illik 20 milyon avro maaş verməyə hazırdırlar.
Qeyd edək ki, son mövsümdə “Cim-bom”la 26 matça çıxan İkardi 23 qol və 8 assistlə yadda qalıb.
0
0