Danimarka millisinin futbolçusu Kristian Eriksen qərarını verib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Mançester Yunayted”ə keçməyə razılaşıb.
“Brentford”dan ayrıldıqdan sonra azad agent statusuna malik olan 30 yaşlı pleymeyker “qırmızı şeytanlar”ın 3 illik müqavilə təklifini qəbul etməyə hazırdır. Tərəflər hazırda sözləşmənin son detallarını müzakirə edir. Bu mərhələdə hər hansı bir problem olmasa, Eriksen yaxın günlərdə Mançester klubunda tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Kristian Eriksen ötən mövsümün ikinci yarısında Premyer Liqada 11 oyuna çıxıb, 1 qol, 4 assistlə yadda qalıb.