Ernandes “Bavariya”ya qoşuldu
23.05.2023 - 19:15
Ernandes “Bavariya”ya qoşuldu

“Bavariya”nın futbolçusu Lukas Ernandes komanda ilə məşqləri bərpa edib.

Apasport.az saytının məlumatına görə, bunu Fransa yığmasının müdafiəçisi açıqlayıb.

O, sosial şəbəkə paylaşımında Almaniya klubunun hazırlıq prosesinə qatıldığını bildirib. Lukas DÇ-2022-də aldığı zədə üzündən uzun müddət meydanardan kənar qalıb.

27 yaşlı futbolçu noyabrdan sonra heç bir matça çıxmayıb. Avstraliya ilə görüşdə onun dizinin ön xaçvari bağları qırılıb.

Qeyd edək ki, Ernandesin yoxluğunda Fransa millisi DÇ-2022-nin günüş medalını qazanıb.

writer photo
Əlirza Əlirzalı
0