"Mançester Siti" İngiltərə Premyer Liqasının 2-ci turunda "İpsviç"i qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşmanın ilk 16 dəqiqəsində baş verənlər matçda öz izini qoyub.
Belə ki, "Etihad" stadionunda baş tutan matçın ilk 16 dəqiqəsi ərzində 4 qol vurulub.
Görüş Pep Qvardiolanın baş məşqçisi olduğu komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Mançester Siti" 6 xalla 1-ci pillədə qərarlaşıb. "İpsviç" isə 0 xalla 19-cudur.
Premyer Liqa
II tur
"Mançester Siti" - "İpsviç" - 4:1
Qollar: Szmodiks, 7 (0:1), Haaland, 12-pen. (1:1), De Brüyne, 14 (2:1), Haaland, 16 (3:1), 88 (4:1).