“Everton”da yeni müqavilə
19.09.2022 - 15:56
“Everton”da yeni müqavilə

“Everton” futbolçusu Aleks Ayuobi ilə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı nigeriyalı hücumçu ilə danışıqlar yekunlaşmaq üzrədir.

Tərəflər arasında indiki anlaşma 2024-cü ilin yayında başa çatacaq. Lakin “Everton” “Arsenal”ın yetirməsini daha uzun müddət heyətində saxlamaq istəyir. O, 2019-cu ildə London klubundan 30,4 milyon avroya transfer olunub.

Qeyd edək ki, Aleks liverpulluların heyətində keçirdiyi 104 matçda 7 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0