Federasiyanın sabiq prezidentinə 3 illik cəza
30.10.2023 - 17:42
Federasiyanın sabiq prezidentinə 3 illik cəza

İspaniya Futbol Federasiyasının sabiq prezidenti Luis Rubialesin cəzası bəlli olub.

Apasport.az xəbər verir ki, futbol funksioneri 3 illik diskvalifikasiya alıb.

Buna Rubialesın qadınlardan ibarət millinin futbolçusu Cenni Ermosonu öpməsi səbəb olub. FİFA-nın İntizam Komitəsi onun 3 il ərzində futbolla bağlı fəaliyyətinə qadağa qoyub.

Qeyd edək ki, Rubilales qadınlar arasında dünya çempionatının finalında İspaniyanın İngiltərə üzərində 1:0 hesablı qələbəsindən sonra Ermosonu öpdükdən sonra öncə 90 gün müddətinə diskvalifikasiya edilmişdi.

writer photo
Əlirza Əlirzalı
0