Felipe Melo gündəmdən düşmür
09.11.2023 - 18:56
Felipe Melo gündəmdən düşmür

Braziliaylı futbolçu Felipe Melo qeyri-adi hərəkəti ilə gündəm olub.

Apasport.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi son 4 mövsümdə 3 dəfə Cənubi Amerika futbolunun ən dəyərli klub turniri olan Libertadores kubokunda qalib olub.

Türkiyədə “Qalatasaray” forması geyinmiş braziliyalı iki dəfə “Palmeyras”, bir dəfə isə “Fluminense klubu ilə bu uğura nail olub. Hazırda “Fluminense” forması geyinən Melo Rio de Janeyrodakı “Marakana” stadionunda keçirilən final görüşündə Argentina “Boka Xuniors”una 2:1 hesabı ilə qalib gələrək, kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, final matçının ardından ağlaması ilə gündəm olan veteran futbolçu bu dəfə də kuboklarını qucaqlayaraq yatıb.

writer photo
Əlirza Əlirzalı
0