"Fənərbaxça" əlavə vaxtda sevindi
24.01.2024 - 23:36
"Fənərbaxça" əlavə vaxtda sevindi

Türkiyə Superliqasında XXII turun oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, lider "Fənərbaxça" səfərdə digər İstanbul təmsilçisi "Başakşehir"in qonağı olub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada "sarı-lacivərdlilər" 90+4-cü dəqiqədə Mişi Batşuayinin penaltidən vurduğu qolla 3 xal qazanıb: 0:1.

Beləliklə, xallarının sayını 57-ə çatdıran İsmail Kartalın komandası ən azı bir həftəni də liderlik kreslosunda keçirəcək.

"Bülbüllər"in ən yaxın izləyicisi "Qalatasaray"ın isə aktivində 54 xal var və "Fənərbaxça"dan bir oyun az oynayıb.

Qeyd edək ki, "sarı-qırmızılar" sabah doğma meydanda "İstanbulspor"u qəbul edəcək. 

writer photo
Əlirza Əlirzalı
0