"Fənərbaxça" kapitanı ilə müqavilə yenilədi
21.06.2024 - 15:31
"Fənərbaxça" kapitanı ilə müqavilə yenilədi

Super Liqa təmsilçilərindən "Fənərbaxça" ötən mövsüm "Fatih Karagümrük"də forma geyinəm Levent Mercan ilə razılıq əldə edib. 

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb. 

"Sarı-lacivərdli" klubdan verilən açıqlamada bildirilib ki, Levent Mercanla 4 illik müqavilə imzalanıb.

Açıqlamanın davamında Mert Hakan Yandaşla müqavilənin yeniləndiyi bildirilib. Klub kapitanı ilə 2 illik sözləşmə imzalayıb. 

Qeyd edək ki, Mert Hakan 2017-ci ildə "Sivasspor"dan "Fənərbaxça"ya keçib. 

writer photo
Əlirza Əlirzalı
0