"Fənərbaxça" millinin futbolçusunu itirdi
30.11.2022 - 20:04
"Fənərbaxça" millinin futbolçusunu itirdi

"Fənərbaxça"nın gənc futbolçusu Arda Güler sıradan çıxıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilib ki, 17 yaşlı yarımmüdafiəçi Türkiyə millisinin düşərgəsindən qayıtdıqdan sonra ayağında ağrılar hiss edib.

Müayinədən keçən oyunçunun dizində zədə aşkarlanıb. Onun yaşıl meydanlara qayıdacağı tarix məlum deyil.

Qeyd edək ki, Güler bu mövsüm "Fənərbaxça"nın heyətində 13 matçda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0