“Fənərbaxça” seçim qarşısında: İki hücumçudan biri
19.08.2022 - 12:51
Avropa Liqasında qrup mərhələsinin bir addımlığında olan “Fənərbaxça” hücumçu transferinə çalışır.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu hazırda iki ön xətt oyunçusu arasında seçim edir.
Bunlar Maksi Lopes və Aleksandr Sörlotdur. “Valensiya”da çıxış edən Lopesin transferi üçün klublar 10 milyon avroda ortaq məxrəcə gəlib. Həmçinin Sörlot üçün də “Leypsiq”lə danışıq aparılır. Ancaq “sarı-lacivərdlilər” sonda iki forvarddan birini transfer edəcək. Bunda isə qərarı Xorxe Xesus verəcək.
Portuqaliyalı mütəxəssisin ilk seçimi Uruqvay millisinə də çağırılan Maksi Lopesdir.
0
0