"Fənərbaxça"da ayrılıq: Ryan Kent
15.11.2023 - 23:19
"Fənərbaxça"da ayrılıq: Ryan Kent

“Fənərbaxça”nı qışda tərk edəcək futbolçulardan biri bəlli olub.

Apasport.az xəbər verir ki, ingilis futbolçu Ryan Kent klub nümayəndələrinə müraciət edərək komandadan ayrılmaq istədiyini deyib.

Yay transfer pəncərəsində İstanbul təmsilçisinə qoşulan 27 yaşlı oyunçu daimi oynaya biləcəyi bir komandaya getmək arzusundadır. Oyunçunun ölkəsindən və Şotlandiyadan təkliflər aldığı bildirilir. Bu məqsədlə təmsilçisini İstanbula çağıran sol cinah yarımmüdafiəçisi mövsümün qalan hissəsini icarə əsasında başqa klubda keçirəcək.

Qeyd edək ki, bu mövsüm 14 matçda iştirak edən Kent 1 qol və 2 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0