"Fənərbaxça"da Sadio Mane iddiası
30.05.2024 - 10:29
"Fənərbaxça"da Sadio Mane iddiası

Super Liqa təmsilçilərindən "Fənərbaxça"da yeni mövsüm üçün transfer hazırlıqları davam edir. 

Apasport.az "Milliyyet"ə istinadla xəbər verir ki, Ali Koç Sadio Mane ilə maraqlanır. 

Xatırladaq ki, 32 yaşlı Sadio Manenin hazırda bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir. 

6 illik "Liverpul" macərasını bitirdikdən sonra 2022-ci ildə "Bavariya"ya gedən Mane bir il sonra "Əl-Nəsr"ə transfer olunub. "Əl-Nəsr" Sadio Mane üçün "Bavariya"ya 30 milyon avro ödəyib.

Bu mövsüm 45 matça çıxan və 3892 dəqiqə meydanda qalan Mane 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Sadio Manenin "Əl-Nəsr"lə daha 2 illik müqaviləsi var.

writer photo
Əlirza Əlirzalı
0