“Fənərbaxça”da yenidən Aziz Yıldırım səsləri - Namizədliyini açıqladı
13.05.2024 - 20:20
"Fənərbaxça"da keçiriləcək prezident seçkilərində növbəti namizəd müəyyənləşib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisində Ali Koçdan sonra növbəti namizəd Aziz Yıldırım olacaq.
Ali Koçdan qabaqkı 20 illik dövrdə klubun prezidenti olmuş 71 yaşlı funksionerin əsas baş məşqçi namizədi isə Joze Mourinyo olacaq.
İnsayder Yağız Sabuncuoğlunun paylaşdığı məlumata görə, Yıldırım bir sıra iş adamlarıyla görüşərək, öz idarə heyətini gücləndirmə işlərinə başlayıb.
0
0