“Fənərbaxça” qırmızı vərəqə alan futbolçusu Fredin cəzası ilə bağlı apelyasiya verəcək.
Apasport.az xəbər verir ki, "sarı-lacivərtlilər" bu məqsədlə Arbitraj Şurasına getməyə hazırlaşır.
“Kayserispor”la matçda hakim Zorbay Küçükün qırmızı vərəqə verdiyi braziliyalı futbolçu ilə bağlı klubun hesabatı üzə çıxıb. Burada qeyd olunub ki, futbolçunun hakimi təhqir etdiyi iddia edilsə də, braziliyalı “Fənərbaxça” rəsmilərinə “Bu, sadəcə axmaq foldur” dediyini bildirib.
İstanbul klubunun rəhbərliyi İntizam Komitəsinin qərarından asılı olmayaraq, Arbitraj Şurasına ətraflı etirazını bildirəcək. Komanda müdafiə prosesində dil məsələsinə önəm verəcəyini gizlətməyib. İdarə heyətinə məlumat verilib ki, müdafiədə Fredin portuqal və ingilis dillərini bildiyi vurğulanacaq , Zorbay Küçükün isə xarici dil səbəbiylə 2022-ci ildə UEFA imtahanı və imtiyaz imtahanından keçə bilmədiyi xatırladılacaq.
Qeyd edək ki, Fred birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalandırılacaq və bazar günü baş tutacaq derbidə oynamayacaq.