Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Serdar Dursun karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə "Şalke" maraqlanır.
Helzenkirhenlilər artıq oyunçu ilə şəxsi razılıq əldə edib. Lakin Bundesliqa təmsilçisi futbolçu üçün transfer məbləği ödəmək istəmir. Bu səbəbdən keçid alınmaya bilər.
"Sarı-lacivərdlilər" Türkiyə millisinin üzvünü azad agent kimi göndərmək niyyətində deyil. İstanbullular bu səbəbdən menecerlər vasitəsilə forvardı Ərəbistan yarımadası klublarından birinə satmaq istəyir.
Qeyd edək ki, Serdar Dursun ötən ilin yayından "Fənərbağça" forması geyinir.