"Fənərbaxça"ya bəd xəbər: Şimanski zədələndi
11.10.2024 - 17:07
Polşa millisinin baş məşqçisi Mişal Probierz Millətlər Liqasında Portuqaliya ilə keçiriləcək oyundan əvvəl açıqlama verib.
Apasport.az xəbər verir ki, o, "Fənərbaxça"da çıxış edən Sebastyan Şimanskinin zədələndiyini açıqlayıb.
Şimanskinin Portuqaliya matçında meydanda olmasa belə, zədəsinin vəziyyətindən asılı olaraq oktyabrın 15-i Xorvatiya ilə keçiriləcək oyunda meydana çıxacağı gözlənilir.
Sebastyan bu mövsüm "Fənərbaxça"nın heyətində 13 oyun keçirib. 25 yaşlı polşalı bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0