FIFA ilin ən yaxşı futbolçusuna verilən “The Best” mükafatına namizədləri açıqlayıb.
Apasport.az xəbər verir ki, 2022-ci ilin ən yaxşı oyunçusu mükafatına namizədlər bunlardır: Xulian Alvares ("Mançester Siti", Argentina), Cyud Belinqhem ("Borusiya" Dortmund, İngiltərə), Kərim Benzema ("Real" Madrid, Fransa), Kevin De Bröyne ("Mançester Siti", Belçika), Erlinq Holan ("Mançester Siti", Norveç), Əşrəf Hakimi (PSJ, Mərakeş), Robert Levandovski ("Barselona", Polşa), Sadio Mane ("Bayern", Seneqal), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (PSJ, Argentina), Luka Modriç (“Real”, Madrid, Xorvatiya), Neymar (PSJ, Braziliya), Məhəmməd Salah (“Liverpul”, Misir), Vinisius Junior (“Real" Madrid, Braziliya).
Səsvermə FIFA-nın rəsmi saytında keçirilir və fevralın 3-dək davam edəcək. Daha sonra FIFA 3 finalçının adını açıqlayacaq. Qalib fevralın 27-də "The Best" FIFA Football Awards mərasimində elan olunacaq.
Qeyd edək ki, 2020 və 2021-ci illərdə o vaxt "Bayern"də çıxış etmiş Robert Levandovski bu mükafatın sahibi olub.
- “Mançester Yunayted” FA Kubokunun qalibi oldu
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- "Turan Tovuz" son dəqiqə qolu ilə qələbə qazandı - YENİLƏNİB
- Türkiyəli sabiq futbolçudan GÜNÜN KUPONU
- Parataekvondoçularımız Qran-pri və dünya çempionatında mübarizə aparacaq