Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FIFPro) 7 ölkə ilə bağlı transfer xəbərdarlığı edib.
Apasport.az saytının məlumatına görə, qurum peşəkar futbolçulara Əlcəzair, Çin, Yunanıstan (Super Liqa - 2), Liviya, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkiyə klubları ilə müqavilə imzalamamağı tövsiyə edir.
Buna səbəb kimi, adıçəkilən ölkələrdə sistematik şəkildə geniş yayılmış müqavilə pozuntuları göstərilib. Bildirilib ki, xüsusən də, Rumıniya və Türkiyədə bir çox klublar tərəfindən müqavilə pozuntuları, o cümlədən maaşların ödənilməməsi uzun müddətdir davam edən və təkrarlanan problem olaraq qalır.
Rumıniyada və Yunanıstanın ikinci liqasında klubların müflisləşməsi fəaliyyəti dayandırmaya qədər aparır. Əlcəzair, Çin və Səudiyyə Ərəbistanında maaşlar vaxtında ödənilmirsə, Liviyaya gedən əcnəbi oyunçular isə oradan çıxmaqla bağlı problem yaşayırlar.